Şirnikləndirici vədlərə aldanmayın - VİDEO
"Minimum ödəniş et, pulunu 2-3 qat artırıb geri qaytaraq".
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə şans oyunlarından pul qazandırmaq adı ilə bu cür elanlar verilir.
Üstəlik, səhifələrdə onlara müraciət edərək yüksək məbləğlərdə pul qazananların olduğu göstərilən paylaşımlar da edilir. Buna inanaraq, belə sosial şəbəkə hesablarına yazan, hətta pul göndərənlər də az deyil.
"Xəzər Xəbər"ə müraciət edən vətəndaş da belə dələduzluqla üzləşdiyini bildirib.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə saxta səhifələrin açılması və insanların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polisə məlumatlar ...