Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-breykdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.
Bizim.Media...