Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutu ilə bağlı TARİXİ ANLAŞMA
Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
Ümumilikdə, b...