Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı AÇIQLANDI
Keçən il ölkə ərazisində 31 min 852 cinayət qeydə alınmaqla onların 90,5 faizinin açılması təmin edilib
Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, ümumilikdə ölkə üzrə cəmi 15 min 766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərə...