Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin ...