Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN
Bu il qadınların pensiya yaşı artırılacaq.
Bizim.Media xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq.
Beləliklə, kişilər və qadınlar üçün pensiya yaşı bərabərləşəcək.
Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılır.
Bizim.Media...