Xocalı qətliamı dünyanın GÖZÜ İLƏ - “Biz ölürük, siz isə baxırsınız"
Bəşəriyyətin ən qanlı hadisələrindən olan Xocalı faciəsi XX əsrin sonlarında yaddaşlara yazılmış ağır insanlıq dramlarından biridir. Xocalıda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. İllər keçsə də, baş vermiş faciəylə bağlı foto və video materiallar yerli mətbuatla yanaşı, dünya media orqanları vasitəsilə o dəhşəti xatırladır.
Xocalı faciəsi bu gün də beynəlxalq müstəvidə müzakirə olunur. Hadisənin baş verdiyi ilk günlərdən başlayaraq bir çox dünya media orqanları bu faciənin dəhşətini beynəlxalq ictimaiyyətə çatdırıblar. Həm regional, həm beynəlxalq qəzetlər hadisəni işıqlandırıblar. Qardaş Türkiyənin başda “Milliyet&r...