Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ
Minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin – Seymur Rəşid oğlu Namazov və Raqif Deputat oğlu İsayevin dörd nəfər ailə üzvünə Prezidentin aylıq təqaüdü təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təqaüdün aylıq məbləği 700 manatdır. Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xə...