Aktrisadan  Zaura ağır  sözlər:  “Sən  ruhən  xəstəsən”

Aktrisadan Zaura ağır sözlər: “Sən ruhən xəstəsən”

Hazırda oxunan: Aktrisadan Zaura ağır sözlər: “Sən ruhən xəstəsən”

59777
Aparıcı Zaur Kamalın ona ünvanladığı suallara aktrisa “Sən ruhən xəstəsən” deyə cavab verib.

M.Əsədova “İllərlə qazandığın hörməti bir anda necə itirə bilərsən” sualına münasibət bildirib:
“Sənətimə, şöhrətimə hörmət bəsləmişəm. Hər insan illərlə bu sevgini qoruyub saxlaya bilmir. Mən işimlə gündəmdə qalmışam. Qalmaqalla, kiməsə söz atmaqla gündəmə gəlməyə çalışmamışam. Mən heç vaxt nəyisə yalandan demirəm. Tamaşaçılarımı sevmişəm. Özümü elə aparıram ki, gözdən düşməyim. Allah mənə o günü göstərməsin. Bəzən qeyri-peşəkarlar bir məşhur haqqında elə şey yaza bilər ki, insanı gözdən salar. Elə siz özünüz, qonaqlara sual ünvanlamazdan əvvəl baxın, görün, kimə nə sual verirsiniz. İnsanların şəxsi həyatına müdaxilə etmək olmaz. Allahdan başqa qazandığım hörmətə heç kim xələl gətirə bilməz”.(pia.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO