Röya Ayxan haqqında kitab yazdığı deyilən yazıçı Cavid Zeynallı bu günlərdə müğənni ilə görüşüb.
Bu barədə Moderator.az-a Cavid Zeynallının özü məlumat verib. Cavid Zeynllı deyib ki, görüş Röyanın təşəbbüsü əsasında, müğənninin çalışdığı restoranlardan birində baş tuub. Röya yazıçıdan niyə onun haqqında kitab yazdığını soruşub və əlavə edib ki, mənim özümə müraciət etsəydin həyatım haqqında sənə daha maraqlı faktlar verərdim.
Cavid Zeynallı öz növbəsində bildirib ki, "Leyla" romanı təkcə Röya haqqında deyil, burada 4 xanım müğənninin obrazı var.
Cavid Zeynallı Röyanı "Leyla" romanın təqdimatına dəvət etsə də müğənni qarşıdakı konsertini və bu səbəbdən başının qarışıq olduğunu əsas gətirərək təqdimata gəlməkdən imtina edib.































































































