Moderator.az bildirir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişinin qonağı olan rəqqasə Fatimə Fətəliyeva Vasif Məhərrəmli ilə barışmağından danışıb:
"Manaf Ağayev dedi ki, Vasif də mənim dostum, sən də mənim canım-ciyərimsən. Sizi barışdırmalıyam. Zəng etdi Vasif Məhərrəmli ilə danışdı. Nə dediyini bilmədim. Üzərindən 3, 4 gün keçəndən sonra Vasif bəylə studiyaların birində qarşılaşdıq.
Mahnı yazmağa gəlmişdi, o mahnını da ilk olaraq mənə dinlətdi. Mən də xeyir-dua verdim. Gözələnilməz oldu, içəri daxil oldu, məni gördü qucaqlayıb öpdü, mən də kövrək adamam, başladım ağlamağa".






































































































