Ötən gün "JW Marriott Absheron" otelində əməkdar artist Tahir İmanovun toyu baş tutub. xa0Aktyorun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır. xa0Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə “Best Model Azerbaijan”x9d müsabiqəsində 2-ci yerə çıxıb və “Miss Xəzər”x9d nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib. xa0Toy mərasiminə ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva, müğənni Emin Ağalarov və bir çox tanınmış simalar qatılıblar. Məclisi müğənnni Elton Hüseynəliyev idarə edib. Allah xoşbəxt etsin! (axşam.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.