"Bircə onu bilirəm ki, biz azərbaycanlılıar heç vaxt hüquqularımızı bilməmişik"

Hazırda oxunan: "Bircə onu bilirəm ki, biz azərbaycanlılıar heç vaxt hüquqularımızı bilməmişik"

112498
Dolların devalvasiyası şou-biznes aləmində də ciddi narahatlıq doğurub. Bununla əlaqədar olaraq bir çox məşhurlar sosial şəbəkələrdə statuslar paylaşaraq üzüldüklərini bildiriblər.xa0

Müğənni Əli Mirəliyev isə olaya daha sərt reaksiya verib. Musavat.com-a danışan müğənni xa0ölkədə yaşanan gərgin vəziyyətin hələ başlanğıc olduğunu deyib:xa0

“Bu işlərin axırı yaxşı bitməyəcək. Bu artıq xaos deməkdir! Onsuz da camaat pis vəziyyətdə idi. İndi də bütün zəncirlər qırılıb, devalvasiya bundan da o yana qalxıbsa...

Bircə onu bilirəm ki, biz azərbaycanlılıar heç vaxt hüquqularımızı bilməmişik. Ona görə də torpaqlarımız xa0işğal altındadır, başımıza da bu oyunları gətirilir. Bu hələ harasıdır ki, bu hələ başlanğıcdır”x9d.

Əli Mirəliyev müğənnilərdən vergi yığılmasını da pisləyib:

“Gör nə gündəyik, vəziyyət nə yerdədir ki, müğənnilərdən vergi yığılır. Müğənninin pulu var, vergi versin?! Müğənni iş adamıdır? Müğənnilər yalan danışaraq deyirdilər ki, toylara 5-10 minə gedirlər. Halbuki onlara heç 2 min manat verən yoxdur. Hamısı yalan söhbətlərdir. Elə bilirdilər ki, özlərini dağ başına qoymaqla öz-özlərinə qiymət verəcəklər. Elə deyil axı, müğənnini həmin qiymətə toya beş adam apara bilər, 95 faiz adamın buna imkanı yoxdur axı”x9d.
Qeyd edək ki, dekabrın 21-nə olan məlumata əsasən ölkədə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 55 qəpik olub.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO