“SOY”x9d production”x9dın vitse-prezidenti Oqtay Əliyev Milli Televiziya və Radio Şurasının “Qayınanamız”x9d serialı ilə bağlı çıxardığı qərardan danışıb.
“Qafqazinfo”x9dya açıqlamasında vitse-prezidenti Şuranın qərarının onlar üçün qanun olduğunu bildirib:
“Milli Televiziya və Radio Şurası yüksək qanunverici idarədir. Onlar nə qanun qəbul edir, nə deyirsə, ona tabe olmağa borcluyuq. İclasda qeyd olunub ki, teleserialda qeyri-etik məzmunlu ifadələr yer alıb. Şuranın verdiyi tövsiyələr, göstərişlər bizim üçün qanundur. Bütün çatışmazlıqlar aradan qaldırılacaq”x9d.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası bu gün keçirilən iclasında Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında”x9d Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”x9dın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “ATV”x9d telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan “SOY”x9d Prodakşn tərəfindən hazırlanan “Qayınanamız”x9d teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qayınanamız”x9d serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.





























































































