Fazil Mustafa: "Mənim antirusiya mövqeyi tutmağım səfehlikdən başqa bir şey deyil"

Hazırda oxunan: Fazil Mustafa: "Mənim antirusiya mövqeyi tutmağım səfehlikdən başqa bir şey deyil"

9857

“Azərbaycanda “5-ci kolon” deyilən anlayış doğru deyil. “5-ci kolon” konkret olaraq hansısa bir ölkənin sifarişini yerinə yetirməlidir. Burada agentura şəbəkəsindən söhbət gedir. Bu şəbəkə ifşa olunub ortaya çıxarılmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fazil Mustafa “Facebook” hesabında qeyd edib. 

Deputat bütövlükdə Azərbaycanın gələcəyi ilə bağlı əhval-ruhiyyələrin bir qədər fərqli olduğunu vurğulayıb:

 

MÖVZU İLƏ BAĞLI:

“20 yanvar şəhidləri bizim müstəqilliyimizin müəllifləridir” - Fazil Mustafa

“2021-ci il Qarabağın bərpası ili olacaq”- DEPUTAT 


“Kimisi Rusiya, kimisi Qərb, kimisi də Türkiyəyə inteqrasiya yolu ilə gələcəyinin tənzimlənməsinə üstünlük verir. Amma heç kimin modeli sınaqdan çıxmış model kimi görünmür".

"Çünki hansı dövlət birinə yaxınlaşdıqca, digər dövlətlərlə düşmən olma ehtimalı yaranır. Ona görə də ağıllı yol hər biri ilə balansın düzgün qurulmasıdır. Biz bu müharibədə gördük ki, doğru balans quranda uğur qazanmaq olur. Bu ittihamları da artıq yorucu hesab edirəm. Kimsə kimisə bəyənmirsə, “sən satqınsan, sən xəyanətkarsan” deyir.

"Nə bilim Azərbaycanda bir sürü axmaq var ki, deyir, Elçibəyi satdınız, başa düşmək olmur ki, vəfat edəndən sonra niyə onu satmalıyıq? Tutaq ki, Əbülfəz Elçibəy vəfat edənə qədər ona bütün dəstəyimizi əsirgəmədik, həmişə bir yerdə olduq... Siyasət ideyalar, fikirlər, görüşlərlə yürüyur. Hansı yolu faydalı hesab edirsənsə, onu davam etdirirsən. Şəxslərə bağlılıq “ipi” yoxdur. Siyasətdə xalqın marağı və ona uyğun siyasət istehsal prinsipi etmək var. Bu havanı çox görmüşük”. 

Azərbaycanda Rusiyanın, İranın, Qərbin gizli agenturasının möcvud olduğunu qeyd edən deputat onların da Azərbaycanın əleyhinə istənilən tezisi qabarda bildiklərini istisna etməyib:

“Amma kimlər ki, konkret tarixi dövrdə çıxış yolunu hansısa dövlətlə münasibətlərdə görürlərsə, o başqa məsələdir. Əvvəllər bizim də Rusiyaya münasibətdə sərt baxışlarımız var idi. Amma Qarabağın azadlığı Rusiya ilə hansısa anlaşmadan keçirsə, mənim antirusiya mövqeyi tutmağım siyasətdə səfehlikdən başqa bir şey deyil. Məsələn, mən Türkiyə ilə münasibətlərin həmişə yaxın olmasını müdafiə edən bir mövqedəyəm".

"Elə məsələlər var ki, bizim istəyimizdən, iradəmizdən asılı olmayaraq baş verir. Vaxtilə Türkiyədə kimsə Rusiya ilə yaxınlaşırdısa, deyirdilər bu, kommunistdir. İndi yaxınlaşana deyirlər ki, realistdir. Ona görə də siyasəti dinc müstəviyə gətirmək daha doğrudur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO