Ağdamda daxili yol və kommunikasiya şəbəkəsinin TƏMƏLİ QOYULDU - YENİLƏNİB 

Ağdamda daxili yol və kommunikasiya şəbəkəsinin TƏMƏLİ QOYULDU - YENİLƏNİB 

Hazırda oxunan: Ağdamda daxili yol və kommunikasiya şəbəkəsinin TƏMƏLİ QOYULDU - YENİLƏNİB 

97402

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər. 

Bizim.Media  xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verdi. 

Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. 
Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur. 

Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoydu. 

18.33

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimlərində iştirak ediblər. 

Bizim.Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO