
- A-
- A
- A+
Siyasət
11:25 / 01.10.2022
“Qarabağda Çin şirkətləri ilə birgə fəaliyyətdə maraqlıyıq” - PREZİDENT
Hazırda oxunan: “Qarabağda Çin şirkətləri ilə birgə fəaliyyətdə maraqlıyıq” - PREZİDENT
96819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətlərinin iştirakında maraqlıdır".
Bizim.Media-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda əksini tapıb.
Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var:
“Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































