İlham Əliyev:

İlham Əliyev: "Azərbaycanda investisiya iqlimi çox yaxşıdır"

Hazırda oxunan: İlham Əliyev: "Azərbaycanda investisiya iqlimi çox yaxşıdır"

84622

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, müəssisənin təsisçisi Fan Jian Shan Prezident İlham Əliyevə layihə barədə məlumat verib:

"Bizim şirkət 1992-ci ildə yaradılıb və hazırda Çində 5 zavodumuz və dünyanın 5 ölkəsində zavodlarımız fəaliyyət göstərir. Müəssisələrimizin ümumi investisiya dəyəri 300 milyon ABŞ dollarıdır. Zavodlarımızda çalışan işçilərin sayı 4 min nəfər təşkil edir. Zavodlarımızın illik ümumi istehsal gücü 80 milyon kvadratmetrdir və ümumi illik gəliri isə 400 milyon ABŞ dollarıdır".

Prezident İlham Əliyev: "Çox yaxşı. Mən gördüm ki, siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. Dediyiniz kimi bu onu göstərir ki, Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür - 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO