İyunun 22-də Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən xəbər verilib.
K.Əliyev Draqana Kojiçi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib.
Sonra Baş prokuror Arian Bauerə gələcək fəaliyyətində uğurlar arzu edib.
O, BQXK ilə münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Bizim.Media