Prezident İlham Əliyev: “Biz mülki əhaliyə qarşı müharibə aparmayacağıq”

Prezident İlham Əliyev: “Biz mülki əhaliyə qarşı müharibə aparmayacağıq”

Hazırda oxunan: Prezident İlham Əliyev: “Biz mülki əhaliyə qarşı müharibə aparmayacağıq”

Özət:
  • “Düşmənlər bizim torpaqdan qovulur və qovulacaq”
  • “Bizim qisasımız döyüş meydanındadır”
788

“Biz onların cavabını döyüş meydanında veririk. Şəhidlərimizin, günahsız insanlarımızın qisasını döyüş meydanında alırıq, və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı müharibə, mübarizə aparmamışıq, bundan sonra da aparmayacağıq: “Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.”

Bizim. Media-nın məlumatına görə bu fikirləri  Prezident İlham Əliyev oktyabrın 17-si  xalqa müraciətində səsləndirib. Dövlət başçısı bidirib ki,  döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq. “Mən demişəm ki, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq. Və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO