Bolqarıstan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

Hazırda oxunan: Bolqarıstan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

76693

Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, Bolqarıstan liderinin dəvəti Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrikdə yer alıb.

“Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”, - Rumenb Rudev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO