Jirinovskinin varisi: “Azərbaycan fəxr etdiyimiz ölkədir”

Hazırda oxunan: Jirinovskinin varisi: “Azərbaycan fəxr etdiyimiz ölkədir”

76592

“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir. Azərbaycan uzun illərdir mənim qəlbimdə yaşayır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində 28 May - Müstəqillik Günü münasibətilə keçirilən mərasimə qatılan Rusiya Liberal Demokrat Partiyasının yeni seçilmiş lideri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.

Slutski qeyd edib ki, bu gün Azərbaycan çiçəklənən iqtisadiyyata malikdir: 

“Bu gün Azərbaycan elə bir ölkədir ki, ora getməkdən doymursan, yenə getmək istəyirsən. Prezident İlham Əliyev öz ölkəsi üçün heyrətamiz uğurlar əldə edib. O, Azərbaycanı enerji asılılığı olmayan ölkəyə çevirib.
İlham Əliyev həlli mümkün olmayan vəzifələrin öhdəsindən gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun koordinasiyası ilə ölkə hüdudlarından kənarda böyük əhəmiyyətə malik layihələr həyata keçirilib. Mən bizə yaxın olan Azərbaycan xalqını Müstəqillik Günü bayramı münasibətilə təbrik edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO