Zəngilanın BAŞ PLANI belə olacaq - VİDEO

Hazırda oxunan: Zəngilanın BAŞ PLANI belə olacaq - VİDEO

76402

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda səfərdə olublar. 

Bizim.Media xəbər verir ki, ötən gün səfər zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub. 

Baş planın konseptual əsasını rahat yaşayış, yaşıl və təmiz, proqressiv innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir. 

Hazırlanması zamanı özünəməxsus simasını formalaşdırmaq üçün ərazinin memarlıq ənənələri araşdırılıb, tarixi mühitin qorunması şərtiylə tətbiq oluna biləcək müasir yanaşmalar müəyyən edilib. 

Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. 

Şəhərin planlaşdırılmasında tətbiq edilmiş  “15 dəqiqəlik şəhər” yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Füzuli və Cəbrayıla səfər etdi


Gündəlik tələbat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkilini özündə ehtiva etməklə, sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq. 

Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. 

Görüntüləri təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO