Ceyhun Bayramov Azərbaycanın tələbindən danışdı:

Ceyhun Bayramov Azərbaycanın tələbindən danışdı: "Delimitasiya Komissiyasının görüşündə..."

Hazırda oxunan: Ceyhun Bayramov Azərbaycanın tələbindən danışdı: "Delimitasiya Komissiyasının görüşündə..."

76328

Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk iclası keçirilib. Mövzuya Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə növbəti görüşdə hansısa konkret sənədin ortaya qoyula bilər.

Nazir Azərbaycanın normallaşma istiqamətində sistemli addımlar atdığını diqqətə çatdırıb və xatırladıb ki, 2023-cü ildə Azərbaycan tərəfində avtomobil və dəmir yollarının inşası başa çatacaq.

XİN başçısı əlavə edib ki, Azərbaycan İranla bu istiqamətdə əməkdaşlıq edib, yaxın zamanlarda isə növbəti addımlar atılacaq.

“Delimitasiya ilə bağlı 30 ildə əməli addımlar atılmayıb. Bu, işğal faktı ilə bağlı idi. İşğal faktına son qoyulması ilə bu məsələnin leqal çərçivədə həllinin zamanı çatıb. Artıq Brüssel görüşündən sonra ilk birgə iclas baş tutdu. Bu, ilk addımdır və yolun başlanğıcıdır”, - Ceyhun Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO