Qubada “Dağ Yəhudilərinin Ənənəvi evi"nin təməli qoyuldu - FOTO

Hazırda oxunan: Qubada “Dağ Yəhudilərinin Ənənəvi evi"nin təməli qoyuldu - FOTO

75774

Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə "Dağ Yəhudilərinin Ənənəvi evi"nin təməli qoyulub.  

Bizim.Media xəbər verir ki, təməlqoyma mərasimində Quba İH başçısı Ziyəddin Əliyev, millət vəkili Soltan Məmmədov, Heydər Əliyev Fondunun əməkdaşları, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiya dirrektoru Caidev Sinqx iştirak ediblər.

Çıxışlarda bildirilib ki, yerli etnik və dini mədəniyyəti qorumaq üçün tikiləcək "Dağ Yəhudilərinin Ənənəvi evi" həm də turizm məkanı kimi fəaliyyət göstərəcək.  

Quba İH başçısı Z.Əliyev xarici diplomatların diqqətinə Qubadakı azsaylı xalq və millətlərin vahid ailə şəklində yaşadıqlarını çatdırıb. O, yeni evin rayona gələcək əcnəbi qonaqlar və turistlər üçün maraqlı olacağını deyib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO