Ermənistan Brüsseldə “Dağlıq Qarabağ”dan necə imtina etdi? – Elman Nəsirovun ŞƏRHİ

Hazırda oxunan: Ermənistan Brüsseldə “Dağlıq Qarabağ”dan necə imtina etdi? – Elman Nəsirovun ŞƏRHİ

75763

“Brüssel görüşünün əhəmiyyətli məqamlarından birincisi onunla bağlıdır ki, danışıqların gedişində və əldə edilmiş nəticələrdə heç bir halda “Dağlıq Qarabağ” ifadəsi istifadə olunmayıb.

İkincisi, Ermənistan əvvələr “Dağlıq Qarabağ” ifadəsini işlətməklə, onun müstəqilliyindən bəhs edirdisə, indiki halda yalnız Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi və hüquqları müzakirə olunur”.

Bu fikirləri millət vəkili Elman Nəsirov mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avrop İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan müzakirələri Bizim.Media üçün şərh edərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək” – Elman Nəsirov


​​​​​​​Deputat qeyd edib ki, danışıqlarda humanitar məsələlər - minatəmizləmə prosesi və itkin düşmüş şəxslərin taleyi də diqqət mərkəzində olub:

Elman Nəsirov Brüssel görüşündə əldə olunmuş nəticələri bu cür şərh edib:

“1. Əvvəlki görüşlərdə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin işlək vəziyyətdə keçməsi istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə əldə olunmuş razılığa görə, lap yaxın zamanlarda hər iki dövlətin komissiyaları sərhəddə birgə görüş keçirəcək, eləcə də sərhəddə sabitliyin təmin olunması mexanizmlərini müzakirə edəcəklər. 

2. Təbii ki, ən mühüm məsələlərdən biri də kommunikasiyaların bərpası ilə bağlıdır. Sayca 3-cü Brüssel görüşündə əldə olunmuş razılaşmaya görə, bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək.

3. Danışıqlar prosesində tərəflər arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı da müzakirələr gedib.

4. Bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh prosesinin imzalanması strateji hədəfdir və tərəflər razılıq əldə ediblər ki, bundan sonrakı danışıqlar prosesində həmin hədəfə nail olmaq üçün daha ciddi addımlar atılacaq, bu istiqamətdə proseslər sürətləndiriləcək”.

Elman Nəsirov əlavə edib ki, sülh müqaviləsinin imzalanması və iki xalq arasında etimad mühitinin formalaşdırılması istiqamətində rəsmi Brüssel imkanlarını səfərbər edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO