Estoniya Parlamentinin sədri Azərbaycana gəldi - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Estoniya Parlamentinin sədri Azərbaycana gəldi - YENİLƏNİB - FOTO/VİDEO

75642

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.


19.37

Estoniya Parlamentinin sədri Yuri Ratas Bakıya gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ratas "Facebook" hesabında yazıb.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini deyib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO