Ceyhun Bayramov macarıstanlı həmkarı ilə bu məsələləri müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov macarıstanlı həmkarı ilə bu məsələləri müzakirə etdi

75375

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşdə nazirlər, iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıblar. 

İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib. 

Tərəflər cari ilin 01-03 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu xüsusi qeyd ediblər. 
Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq doğuran məsələrlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO