Gəncədə kütləvi dava -  Ölən və yaralananlar var

Gəncədə kütləvi dava - Ölən və yaralananlar var

Hazırda oxunan: Gəncədə kütləvi dava - Ölən və yaralananlar var

7501

Gəncədə kütləvi dava olub. 

Sfera.az APA-ya istinadən xəbər verir ki,  hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb.

Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.
 
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
 
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir.
 
Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO