Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi

Hazırda oxunan: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi

74340

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - deyə qurumdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO