Avropada türklərə qarşı erməni terroru yenidən aktivləşir? – “Qarabağda da dislokasiya olunublar”

Hazırda oxunan: Avropada türklərə qarşı erməni terroru yenidən aktivləşir? – “Qarabağda da dislokasiya olunublar”

74316

“Keçən əsrin 60-80-ci illərində də Türkiyənin Avropadakı diplomatik nümayəndələri erməni terrorunun qurbanı olublar. Təəccüb doğuran məqam odur ki, Avropada diplomatlar qətlə yetirilir, Avropa və dünya ictimaiyyəti, müvafiq təsisatları bu hadisələrə səssiz mövqe nümayiş etdirirlər. Türkiyə dövləti isə daima özünün prinsipial mövqeyinə uyğun olaraq baş verənlərə qarşı sərt və barışmaz mövqe nümayiş etdirir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev Türkiyənin Fransadakı baş konsulluğuna mayın 13-də edilən hücumu şərh edərkən bildirib.

Politoloq hücumla bağlı bir neçə önəmli məqamı diqqətə çatdırıb: 

“Birincisi, Fransada erməni lobbisinin və təşkilatlarının, eləcə də terror xarakterli qruplaşmaların fəal və aktiv olması hamımıza məlumdur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Axırıncı dəfə II Qarabağ müharibəsi zamanı Fransa əsilli ermənilərin canfəşanlığı və aktiv müharibəyə dəstək vermələri buna bariz nümunə ola bilər. 

İkincisi, Fransa hər zaman Türkiyəni yaxın və orta Şərqdə özünün ən böyük rəqibi hesab edib. Suriya və Liviya  məsələlərində Fransanın kənarda qalması hələ uzun müddət fransız diplomatiyası tərəfindən həzm oluna bilməyəcək.  

Üçüncüsü, Fransanın məlum miflərlə dolu "erməni soyqırım"ını dəstəkləməsidir. Hətta yaddan çıxarmaq olmaz ki, Fransa dövləti bu uydurma hadisənin olmamasını deyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunamasını da leqallaşdırıb.

Dördüncüsü, Türkiyənin II Qarabağ müharibəsində Azərbaycana tam şəkildə siyasi dəstək verməsi erməni seqmentində böyük narazılıq yaradıb. Müharibədən sonra erməni müxalifəti məhz Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxışlarını daha da aktiv fazaya keçirib. Hətta Daşnaksütyun lideri İşxan Saqatelyan bunu dəfələrlə açıq şəkildə bildirib”.

A.Əliyev həmçinin qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesində Azərbaycanın maraqları çərçivəsindən hərəkət etməsi erməni radikal və terror qruplarını bir daha hiddətləndirib: 

“Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan təbii ki, sülh gündəliyini pozmaq, Türkiyənin mövqeyinə zərbə endirmək və Azərbaycanın diktə etdiyi şərtlərdən qaçmaq üçün yenidən terror aktlarına əl atır. Eyni zamanda, erməni terror təşkilatları bununla həm də hazırki erməni siyasi rəhbərliyinə də təzyiq edir, Türkiyə ilə münasibətlərin normallaşmasına məhz bu şəkildə etirazlarını bildirirlər. Belə olan şəraitdə Türkiyə bölgədə sülhün qorunması və qarşılıqlı etimadın yaradılması istiqamətində yaranan maneələri Azərbaycanın maraqlarına uyğun şəkildə kənarlaşdırma tədbirlərinə əl atmaq məcburiyyətində qalacaq”.

Politoloq Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında VOMA erməni terror təşkilatının dislokasiya olunduğunu və buna cavab tədbiri olaraq, Azərbaycanın hərəkətə keçə biləcəyini də sözlərinə əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO