Sergey Markov: “Revanşistlər hakimiyyətə gəlsə, yenidən müharibə olacaq və onların övladları öləcək” - EKSKLÜZİV 

Hazırda oxunan: Sergey Markov: “Revanşistlər hakimiyyətə gəlsə, yenidən müharibə olacaq və onların övladları öləcək” - EKSKLÜZİV 

74303

“Revanşist partiyanın üzvləri Sarkisyan və Köçəryan Ermənistanda hakimiyyəti ələ keçirə bilsəydi, o zaman Ermənistanın Qarabağ istiqamətindəki mövqeyi tamamilə başqa cür olacaqdı. İkinci mərhələdə isə bu reallaşsa, yəni münaqişə yaransa, 2021-ci ildə bağlanılan bəyanəməyə əsasən, nəqliyyat koridorlarından imtina ediləcək və burada sərhədlərin demarkasiya və delimitasiyası da baş tutmayacaq”.  

Bu fikirləri Ermənistandakı mitinqləri Bizim.Media-ya şərh edən rusiyalı politoloq Sergey Markov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sergey Markovdan Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır” 


O hesab edir ki, revanşistlərin hakimiyyətə gəlməsi yeni müharibənin başlanmasına səbəb ola bilər.  

“Bu da yeni müharibə deməkdir. Hansı ki, Ermənistan bu müharibəyə hazır deyil. Onların belə bir gücü yoxdur. 2020-ci ildə xeyli itkiləri oldu. Ordu da yox səviyyəsindədir”, - deyə S.Markov bildirib.  

Politoloq ermənistan xalqının revanşistləri hakimiyyətə gətirəcək səhv addımlar atmayacağını da qeyd edir.  

“Deyə bilərəm ki, xalq revanşistlərin hakimiyyətə gəlməyindən qorxur. Ona görə qorxur ki, əgər revanşistlər hakimiyyətə gəlsə, yenidən müharibə olacaq və onların övladları Qarabağa müharibəyə göndəriləcəklər. Orada da məhv ediləcəklər. Həmçinin, əgər revanşistlər hakimiyyətə gəlsə, yenidən korrupsiya halları baş alacaq. Buna görə də, xalq bu hallardan çox yorulub və bezib. Düzdür, Paşinyandan da beziblər, lakin köhnələrdən dah çox beziblər”, - deyə politoloq əlavə edib. 
 

Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbilə fasiləsiz etiraz aksiyaları keçirir.


Müxalifət Paşinyanı "Qarabağı Azərbaycanın tərkibində tanıyan saziş imzalamağa" razılıq verməkdə ittiham edir. Mitinqləri alovlandıran əsas istiqamət isə Paşinyanın aprelin 13-də Milli Məclisdə çıxışı zamanı "beynəlxalq ictimaiyyətin Ermənistana Qarabağın statusu məsələsində tələbini bir qədər aşağı salmağı" təklif etdiyini bildirməsi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO