Azərbaycan ABŞ-da keçiriləcək forumda iştirak edəcək

Hazırda oxunan: Azərbaycan ABŞ-da keçiriləcək forumda iştirak edəcək

74267

Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ABŞ-a işgüzar səfər edəcək.

17-20 mayda baş tutacaq səfər çərçivəsində V.Hüseynov BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edəcək.

Mayın 18-də baş tutacaq “dəyirmi masa”ya Azərbaycan və Mərakeş Krallığı həmsədrlik edəcək. Mərakeş Krallığını Xarici İşlər naziri təmsil edəcək. Tədbirdə bütün üzv dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Səfər çərçivəsində həmçinin V.Hüseynovun ikitərəfli görüşləri planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO