Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:41 / 02.05.2022
İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Hazırda oxunan: İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Hazırda oxunan: İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
72433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.