Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edildi.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan, Gürcüstan və Ermənistanın qarşılıqlı fəaliyyəti üçün yaxşı imkanlar var” - VİDEO
Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bizim.Media