Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO
643448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.

Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.

Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 1
Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 2
Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 3
Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 4
Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 5
Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO - foto 6


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO