Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Hazırda oxunan: Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

643420

Cari ilin 9 ayı çərçivəsində 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktının ləğvi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər görülüb. Nəticədə 2552 hektar torpaq sahəsinin icarəyə verilməsi, 13 hektarının isə mülkiyyətə verilməsinə dair qanunsuz bələdiyyə qərarları ləğv edilib.

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov parlamentdə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

E.Həsənovun sözlərinə görə, həmin torpaq sahələrinin 2040 hektarını örüş sahələri təşkil edir. Baş idarə rəisi qeyd edib ki, torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması istiqamətində müvafiq tədbirlər görülüb:

"Bu, kənd təsərrüfatının dəstəklənməsinə, torpaqların yerlərdə daha düzgün və ədalətli bölüşdürülməsinə xidmət edir. Torpaqlardan səmərəli istifadə ilə yanaşı, icarə haqlarının və torpaq vergilərinin düzgün hesablanması da Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir".

O bildirib ki, nazirliyin 2026-cı il üzrə strateji hədəflər planında bələdiyyə torpaqları ilə bağlı icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili nəzərdə tutulub:

"Bu çərçivədə bələdiyyələrin istifadəsində və icarəsində olan torpaq sahələri araşdırılıb, müəyyən çatışmazlıqlar aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması və metodoloji işlərin aparılması istiqamətində tədbirlərə başlanılıb. Məqsəd torpaqlardan istifadəyə görə ödənişlərin düzgün hesablanmasını, onların bazar qiymətlərinə uyğunlaşdırılmasını və bələdiyyə büdcəsinə daxilolmaların artırılmasını təmin etməkdir".

Baş idarə rəisi əlavə edib ki, torpaqlardan qanunsuz istifadənin qarşısının alınması məqsədilə digər dövlət qurumları ilə də əməkdaşlıq edilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO