Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Hazırda oxunan: Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

642508

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişaf etdirilməsində mühüm mərhələdir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X"  hesabında paylaşım edilib.

Paylaşımda həmçinin AQEM VII Zirvə Görüşünün əsas nəticələri də açıqlanıb:

Bakı Bəyannaməsinin və Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatln qəbul edilməsi; 

Laos Xalq Demokratik Respublikasının AQEm-ə tamhüquqlu üzv olması; 

Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması; 

Səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in Baş Katibi təyin edilməsi; 

AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesini tamamlayan Kambocanın ratifikasiyası; 

Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülh və təhlükəsizliyə yenilənmiş sadiqlik.

"Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır", - paylaşımda qeyd edilib.

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO