Bu gündən Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) işinə başlayır.
Bizim.Media xəbər verir ki, sentyabrın 11-i yekunlaşacaq tədbirlə paralel Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) da baş tutacaq.
Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.
İlk gündə beş panel sessiya və dəyirmi masalar keçiriləcək.
Panel sessiyalar "Bakıdan COP31-ə: Parçalanmış dünyada iqlim fəaliyyətinin sürətinin qorunması", "İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişaf etdirilməsi", "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlanmasından fəaliyyətə qədər", "Karbon bazarları üzrə müzakirə: Karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin imkanlarının açılması" və Regional əlaqəlilik üçün sərhədlərarası bərpaolunan enerji sertifikatları" mövzularına həsr olunacaq.











Bizim.Media


































































































