Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

Hazırda oxunan: Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

635097

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar.
 

Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” (SİDV) silahlı insansız dəniz vasitələri ilə “KAYRA” (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.


Məlumat üçün qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Ə. Yıldırıma məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO