Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, Anar Əcəmov bundan əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edib, həmçinin, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb.
A.Əcəmovun atası kimya elmləri doktoru, professor, Əməkdar müəllim Keykavus Əcəmovdur.
1982-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alan K.Əcəmov uzun illər Azərbaycan Neft və Kimya İnstitutunda (ADNSU) çalışaraq yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük rol oynayıb. Keykavus Əcəmov 2020-ci ilin dekabr ayında Bakıda vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:52 / 04.09.2026
Azərbaycanın Niderland Krallığındakı yeni səfiri kimdir? - DOSYE
Hazırda oxunan: Azərbaycanın Niderland Krallığındakı yeni səfiri kimdir? - DOSYE
Hazırda oxunan: Azərbaycanın Niderland Krallığındakı yeni səfiri kimdir? - DOSYE
634812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































