Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

634457

Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Səfirlik səmimi qəbula və qarşıdan gələn rəsmi protokol tədbirləri barədə verilən məlumata görə minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.

Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO