Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

Hazırda oxunan: Kobaxidzedən Azərbaycanla bağlı AÇIQLAMA

627082

"Gürcüstanın Mərkəzi Asiya ölkələri, eləcə də qonşuları – Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx münasibətləri var və biz bu əlaqələri daha da dərinləşdirmək istəyirik".

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan strateji əhəmiyyətə malik coğrafi mövqeyə sahibdir.

"Bir çox ölkə ilə azad ticarət sazişlərimiz var və bu, çoxsaylı dövlətlərin Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb olunması üçün əlverişli zəmin yaradır. Gürcüstan müxtəlif ölkələr üçün hərtərəfli mərkəzə çevrilə bilər. Buna görə də bu potensialdan maksimum istifadə etmək üçün fəal çalışmalıyıq", – deyə Kobaxidze əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO