İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Hazırda oxunan: İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

617754

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşünə ev sahibliyi edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
 

Məlumata görə, Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə ediləcək.


Görüşün gündəliyindəki əsas mövzuların regional proseslər, xarici siyasət məsələləri və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi və enerji təhlükəsizliyi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO