Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edilib.
Bizim.Media xəbər verir ki, paylaşımda bildirilib:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram".
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatının finalında Ukraynanı 2-0 hesabı ilə məğlub edərək, 2-ci dəfə Avropa çempionu adını qazanıb

Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:04 / 05.06.2026
Prezident millimizi çempionluq münasibətilə TƏBRİK ETDİ – FOTO
Hazırda oxunan: Prezident millimizi çempionluq münasibətilə TƏBRİK ETDİ – FOTO
Hazırda oxunan: Prezident millimizi çempionluq münasibətilə TƏBRİK ETDİ – FOTO
617332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































