Şri-Lanka Prezidentindən İlham Əliyevə MƏKTUB

Şri-Lanka Prezidentindən İlham Əliyevə MƏKTUB

Hazırda oxunan: Şri-Lanka Prezidentindən İlham Əliyevə MƏKTUB

616782

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.
 

Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.


Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO