Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

Hazırda oxunan: Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

616604

Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Prezident, əziz Qardaş.

Nikaraqua Respublikasının Barışıq və Milli Birlik Hökuməti və xalqı adından, həmçinin öz adımızdan Sizi, qardaş Azərbaycan Respublikasının xalqını və Hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
 

Biz hörmətli Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu dəyərləndirir, ölkənizin suverenliyinə, tərəqqi və rifah yoluna hörmətimizi bir daha ifadə edirik.


Mübarək və əbədi azad Nikaraquamızdan xalqlarımızı və hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət prinsipi əsasında daha da möhkəmləndirmək iradəmizi bir daha təsdiqləyirik.

Cənab Prezident, əziz Qardaş, Sizə və dost Azərbaycan xalqına davamlı sülh, tərəqqi və yeni qələbələr arzulayır, ən səmimi qardaşlıq salamlarımızı qəbul etməyinizi xahiş edirik”.

*****

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Qardaş Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
 

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğumu bildirirəm.


Qardaş xalqlarımızın qarşılıqlı mənafeyinə xidmət naminə bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni zirvələrə yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiqliyimi bir daha təsdiq edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

*****

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Laos Xalq Demokratik Respublikası xalqı adından və öz adımdan Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.
 

Son illərdə Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıqdan çox məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və yaxşı səviyyədə olan əməkdaşlıq gələcək illərdə xalqlarımızın qarşılıqlı faydası, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və inkişaf edəcək.


Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO