"Qarabağda nizamlanmanın sülh yolu ilə həll edilməsi üçün hər şey ediləcək".
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri fevralın 22-də prezident Vladimir Putin Kremldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş başladı - VİDEO
Onun sözlərinə görə, müharibədən sonra iki ölkə arasında (Azərbaycan və Ermənistan nəzərdə tutulur) ticarət-iqtisadi münasibətlərin, nəqliyyat kommunikasiyalarının inkişafına dair razılaşmalar var:
“Ancaq yenə də Qarabağla bağlı tərəflər arasında anlaşılmazlıqlar var. Bunun aradan qaldırılması üçün çalışmalı və prosesin sülh yolu ilə həllinə nail olmalıyıq”.
Bizim.Media