Erkin Qədirli: “Bu deputatlarda hüquqi savadsızlıq var”

Erkin Qədirli: “Bu deputatlarda hüquqi savadsızlıq var”

Hazırda oxunan: Erkin Qədirli: “Bu deputatlarda hüquqi savadsızlıq var”

608393

“Bizə olan qərəzli münasibət terminologiya anlayışlarının qarışdırılırmasından da çox aydın görünür. Hazırda Azərbaycanda saxlanılan separatçıları onlar gah siyasi məhbus, gah müharibə əsiri adlandırırlar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, bu cür davranışı hüquqi savadsızlıq və qərəzlilik adlandırıb:

"Elə bu qətnamədə də onları gah müharibə əsiri, gah girov adlandırırlar. Bu deputatlarda hüquqi savadsızlıq var. Bunlar ayrı-ayrı anlayışlardır. Bunların heç biri hazırda bizdə haqqlarında həbs-qətimkan tədbiri çərçivəsində saxlanılan ermənilərə aid edilə bilməz. Onlar konkret müharibə cinayəti törətmiş şəxslərdir və buna görə də ittiham olunurlar".

Deputat qeyd edib ki, Azərbaycanın ərazisi işğal olunanda biz heç zaman görməmişik ki, onlar bizim ərazi bütövlüyümüzü və sərhədlərimizi müdafiə etsinlər.

Qeyd edək ki, Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO