Deputatdan TƏKLİF: “Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın”

Deputatdan TƏKLİF: “Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın”

Hazırda oxunan: Deputatdan TƏKLİF: “Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın”

608388

“Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür”.

Bizim.Media xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qətnamdə faktlar məqsədyönlü şəkildə təhrif olunub:

"Qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur.

Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır.

Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir".

Deputat Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib:

"Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir.

Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.

Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir".

Qeyd edək ki, Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO